Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur


12-09-2024, 15:07
“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur
Azərbaycanın ən sürətlisi “Bakcell” 13-15 sentyabr tarixlərində keçiriləcək “Formula 1 Azərbaycan Qran Pri 2024”ün tədbir tərəfdaşıdır. Bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında tədbir sponsorluğuna dair müqavilə imzalanıb.

Əməkdaşlıq çərçivəsində Qran Prinin Azneft tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında qonaqlar “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcəklər. Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz innovativ məhsul və xidmətlərini tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, “Bakcell” artıq üçüncü ildir ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisinin rəsmi tədbir sponsorudur.

Geri qayıt