Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azərbaycanda bu vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI

Azərbaycanda bu vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI


12-09-2024, 14:56
Azərbaycanda bu vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI
Bakıda iki liseyin direktoru işdən çıxarılıb.

Dia-az.İnfo Modern.az-a istinadən xəbər verir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib.

Onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar.

Direktor vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Tariyel Talıbov 1993-cü ildən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə rəhbərlik edirdi.

Geri qayıt