Əsas Səhifə > Güney Press > Azərbaycanda ət bu halda ucuzlaşa bilər

Azərbaycanda ət bu halda ucuzlaşa bilər


11-09-2024, 18:15
Azərbaycanda ət bu halda ucuzlaşa bilər
Azərbaycan Qazaxıstandan qoyun idxalını bərpa edib.

Məhz buna səbəb ət istehsalının ölkə daxilində azalmasıdır. Ət istehsalı azaldığına görə, daxili təlabatı qarşılamaq üçün qonşu dövlətlərdən ət idxal edilir.

Bildirək ki, ölkəmizə ət ənənəvi olaraq Rusiya, Ukrayna və Gürcüstandan idxal edilsə də, son illər, əsasən, Belarusdan, Hindistandan, Braziliyadan və Qazaxıstandan gətirilir.

Maraqlıdır, Qazaxıstandan qoyun idxalının bərpası ümumilikdə ölkəmizdə qiymətlərin bir neçə dəfə ucuzlaşmasına səbəb olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”a açıqlamasında deyib ki, hazırda Azərbaycanda heyvandarlıq sahəsi inhisardadır:

“Yaxın bir necə ildə ölkəmizdə ətin qiyməti kəskin şəkildə artıb. Belə ki, Rusiya-Ukrayna müharibəsidən sonra heyvanların qidalanmasına çəkilən xərclər də artıb. Bu səbəbdən də ət və ət məhsullarının, həmçinin quş ətinin qiyməti də kəskin şəkildə artıb. Bu gün Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayı kəskin azalır, qiymətlər isə sürətlə qalxır. Nəticədə daxili bazarda ət qıtlığı müşahidə olunur”.

İqtisadçı hesab edir ki, ət istehsalını artırmaq üçün kəndlərdə örüş yerləri artırılmalıdır:

“Heyvanların qidalanmasına çəkilən xərci azaltmaq üçün təbii otlaq səhələri olmalıdır. Lakin əkin sahələri artdıqca məhz örüş yerləri də azalır. Buna görə də bir çox fermerlər heyvandarlıqla məşğul olmaqda maraqlı deyillər. Nəticədə ət istehsalı azalır, idxal isə artır. Bu da sonda heyvandarlıq sahəsinin çöküşünə yol açır”.

Onun sözlərinə görə, ölkəmizdə ətin qiymətini ucuzlaşdırmaq üçün ət idxalını artırmaq lazımdır.

“Əgər ölkəmizdə ət idxalı proseduru sadələşdirilmiş qaydada həyata keçirlərsə, o zaman ölkəmizdə ətin qiymətidə ucuzlaşa bilər. Bu gün bazarda sağlam rəqabət mühüti olarsa, o zaman ətin qiyməti ölkəmizdə ucuzlaşa bilər”.

Geri qayıt