Əsas Səhifə > Güney Press > Bu dünyada ancaq quşlar pulsuz oxuya bilər
Bu dünyada ancaq quşlar pulsuz oxuya bilər11-09-2024, 18:07 |
Əməkdar artist Elza Seyidcahanın verilişdə aparıcılıq etməsi üçün istədiyi qonorarın məbləği açıqlanıb. Sherg.az olay-a istinadən bildirir ki, bu haqda Zaur Nəbioğlu aparıcısı olduğu "Rəngarəng" verilişində danışıb. Proqramında qonaq olan Elzanın özündə daha çox danışdığını görən Zaur "Bəlkə mənimlə bu verilişdə apacılıq edəsiniz?" sualını qarşı tərəfə ünvanlayıb. Seyidcahan isə "Niyə də yox... Baxaram, əgər vaxtım olsa və verəcəyiniz qonorar məni qanə etsə səninlə bu verilişi apararam" cavabını verib. Nəbioğlu isə bildirib ki, Elza bir günlük bu verilişdə aparıcılıq etməsi üçün ondan 2000 manat qonorar istəyib "Günlük 2000 manat istəyirsinizsə... Bir ayda 22 dəfə efirdə oluruq. Bu isə edir 44 min manat. Elza Seyidcahan bu verilişi aparmaq üçün bizdən 44 min manat pul istəyir" Professor Qulu Məhərrəmli isə “Sherg.az”a açıqlamasında deyib ki, özünə güvənən sənət adamının aparıcılıq üçün televiziyadan hansısa məbləğdə qonorar isəməsinə normal baxır: “Çünki bu dünyada ancaq quşlar pulsuz oxuya bilər. Ona görə də hər bir şeyin öz dəyəri olmalıdır. Əlbəttə ki, imkanlarını şişirdən aparıcılar da, normal məbləğ istəyən aparıcılar da ola bilir. Bizə nümunəvi, intellektual, davranışı, danışığı, nitqi nümunə ola biləcək aparıcılar lazımdır. Bu adamlar şou biznesdən də, sənət aləmindən də ola bilir. Bizdə vaxtı ilə yaxşı veriliş aparan sənət və musiqi adamları olub. Məsələn, Mübariz Tağıyev, Brilliant Dadaşova, Faiq Ağayev və Aygün Kazımova verilişlərdə aparıcılıq ediblər. Düşünürəm ki, bu onlarda yaxşı da alınırdı. Başqa nümunəvi aparıcılar da olub. Ümumiyyətlə aparıcı hər cəhətdən nümunəvi olmalıdır. Digər tərəfdən bizdə tanınmış şəxslərin veriliş aparması bir az populyarlıq gətirir. Ona görə də bu məsələlərə diqqət yetirilməlidir”. Geri qayıt |