Əsas Səhifə > Güney Press > Dəhlizlə bağlı son variant:

Dəhlizlə bağlı son variant:


11-09-2024, 16:18
Dəhlizlə bağlı son variant:
Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizini açmaq üçün hərbi yola əl atacağını düşünmürəm.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Petrosyan deyib.

Onun sözlərinə görə, indiki məqamda yalnız Rusiya belə bir addım ata bilər.

“Rusiya Ukraynada artıq qırmızı xətləri keçib və bunu bir yerdə bir dəfə edibsə, başqa yerdə də (Zəngəzur) eyni şeyi etməsi mümkündür”, - Petrosyan vurğulayıb.

Politoloq Zəngəzur dəhlizinin açılmasına zəmin yaradan bütün layihələrlə razılaşdığını iddia edib.


Geri qayıt