Əsas Səhifə > Güney Press, Üst manşet > Metroda qeybə çəkilən MİLYONLAR...

Metroda qeybə çəkilən MİLYONLAR...


11-09-2024, 08:45
Metroda qeybə çəkilən MİLYONLAR...
"Arabir jurnalistliyim tutur... Bu pişikdirsə ət hanı, bu ətdirsə pişik hanı?" Dia-az.İnfo xəbər verir ki, bunu tanınmış telejurnalist Rasim İsmayılov özünün "facebook" səhifəsində qeyd edib.
Olduqca ilginc bir məqamla bağlı məsələni ictimailəşdirən telejurnalist konkret korrupsiya ehtimalı barədə fikir yürüdüb. Onun açıqlamasının davamında deyilir: " "Reklamınızın auditoriyası - gündə 590.000-dən çox sərnişin." Bunu metro stansiyalarında iş adamlarını reklam yerləşdirməyə cəlb etmək üçün Bakı Metropoliteni yazıb. Belə çıxır ki, yarım il ərzində metrodan ən azı 107.675.000 sərnişin istifadə edir. Bu da eləyir 53.837.500 manat.
Dövlət Statistika Komitəsi isə deyir ki, bu ilin yanvar-uyun aylarında Metropolitentə əldə olunan gəlir 44.053,4 manat olub. Yəni 88.106,8 sərnişin.
Metropolitenin rəqəmləri ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında ən azı 9 milyon manat və ya 18 milyon sərnişin fərqi var. Təxminən 15 faiz..."

Geri qayıt