Əsas Səhifə > Güney Press > Namizədi qalib oldu, partiya seçki nəticələrindən narazı qaldı

Namizədi qalib oldu, partiya seçki nəticələrindən narazı qaldı


4-09-2024, 17:54
Namizədi qalib oldu, partiya seçki nəticələrindən narazı qaldı
ReAl partiyası növbədənkənar parlament seçkilərində qalib olmuş namizədi Erkin Qədirlinin dairəsindəki nəticələrdən narazıdır.

"AzPolitika" xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkə hesabından paylaşım edilib.

Sözügedən paylaşımda 6 məntəqənin nəticələrinin ləğvi tələb olunub.

"1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlu qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına bugün şikayət ərizəsi ilə müraciət etdi. Şikayət olunan məntəqələrədə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib",- deyə paylaşımda bildirilir.

Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsində mübarizə aparan E. Qədirli 6 min 498 səs (49,4 faiz) toplayıb.

Geri qayıt