Əsas Səhifə > Güney Press > “Aİ ölkələrinin müdafiə xərcləri 300 milyard avroya qədər artıb”

“Aİ ölkələrinin müdafiə xərcləri 300 milyard avroya qədər artıb”


31-08-2024, 16:29
“Aİ ölkələrinin müdafiə xərcləri 300 milyard avroya qədər artıb”
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa İttifaqı (Aİ) ölkələri müdafiə xərclərini 200 milyard avrodan 300 milyard avroya qədər artırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bildirib.
“Biz artıq müharibənin başlanmasından bəri görünməmiş irəliləyiş əldə etmişik. Üzv dövlətlər müharibədən əvvəlki 200 milyard avrodan çox olan müdafiə xərclərini bu il təxminən 300 milyard avroya qədər artırıblar”, - o qeyd edib.
Fon der Lyayenin sözlərinə görə, AB müdafiə sənayesi də yeni reallığa doğru addım atıb.
“İstehsal xətlərini yenidən işə saldıq. Biz getdikcə daha çox istehsal etmək üçün yeni sifarişlər verdik. Amma bu kifayət deyil. Reallıq budur ki, avropalılar mövcud təhlükəsizlik təhdidlərini ciddi qəbul etsələr belə, bizim müdafiə sənayemizin strukturunun yenidən qurulması üçün vaxt və investisiya lazımdır.”, - AK rəhbəri əlavə edib.

Geri qayıt