Əsas Səhifə > Güney Press > Paşinyanın HƏYASIZLIĞI:

Paşinyanın HƏYASIZLIĞI:


31-08-2024, 15:39
Paşinyanın HƏYASIZLIĞI:
Musavat.com xəbər verir ki, bugünkü mətbuat konfransında Ermənistanın baş naziri silahlanma məsələsinə də toxunub.

Jurnalistlərdən birinin sualına sualla cavab verərək deyib ki, niyə Azərbaycan İtaliyadan, Pakistandan, Slovakiyadan, Serbiyadan, Bolqarıstandan, İsraildən silah ala bilər, Ermənistan Fransa və Hindistandan silah ala bilməz?

Paşinyanın bu mövzuda dediklərini belə özətləyə bilərik:

▪️ Azərbaycanın ən azı üç Aİ ölkəsi ilə hərbi-texniki əməkdaşlığı var.

▪️ Hər gün bu haqda danışmasaq da, bununla bağlı kəşfiyyat məlumatlarımız mövcuddur.

▪️ Azərbaycanın hərbi xərcləri görünməmiş dərəcədə yüksəkdir - ÜDM-in 17%-i, Ermənistanda isə 4-5%-dir. Ona görə də biz eskalasiyanın qarşısını almaq üçün sərhəd pozuntularının araşdırılması mexanizmini təklif edirik.

Paşinyan indi rəhbərlik etdiyi Ermənistanın Azərbaycanın torpaqlarını 28 il işğalda saxlaması faktından yan keçərək, aqressor ilə işğala məruz qalan ölkəni ermənicəsinə eyniləşdirib.

Sanki bölgədəki gərginliyin, qanlı eskalasiyaların və illərlə davam edən silahlı münaqişələrin kökü Ermənistan deyilmiş...

Geri qayıt