Əsas Səhifə > Güney Press > "Ermənistan ordusu heç vaxt o yüksəklikləri geri qaytara bilməz...”

"Ermənistan ordusu heç vaxt o yüksəklikləri geri qaytara bilməz...”


31-08-2024, 15:00
"Ermənistan ordusu heç vaxt o yüksəklikləri geri qaytara bilməz...”
“Bu günlərdə Prezident İlham Əliyev revanşist erməni dairələrinin cavabını yaxşı verdi, onlara növbəti avantüra, hücum cəhdlərinin onlar üçün baha başa gələcəyini söylədi... Ermənistanı kim, hansı ölkə nə cür silahlandırsa da, onlar Azərbaycanın səviyyəsinə heç 5 il sonra da çata bilməzlər”.

Bu fikri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor Tacəddin Mehdiyev Ermənistanın guya Azərbaycana hücuma hazırlaşmaqları haqda insormasiyalara münasibət bildirərkən ifadə edib.

“Biz öz silah-sursat bazamızı 25 il müddətində yığmışıq, toplamışıq, yüksək səviyyəli təlimlər keçmişik. Amma bu gün Ermənistana hansısa silah, texnika verilməsi hələ o demək deyil ki, onların hərbçiləri dərhal həmin silah və texnikaları idarəetmə bacarığına yiyələnəcəklər. İkincisi də, onların hərbi resursları ilə Azərbaycanınkı müqayisəolunmazdır. Bu haqda rəqəmlər, faktlar ortalıqdadır. Təsəvvür edin nisbət 4:1-dir. Yəni bizim hərbi silah, texnika və s. sayı Ermənistanınkıdandan 4 dəfə çoxdur. Canlı qüvvə, səfərbərlik qüvvələri ehtiyatlarımız da onlarınkından dəfələrlə çoxdur. Bilirsiz, hərbi qaydalara görə hücum edən tərəfin potensialı müdafiə olunandan azı 4 dəfə çox olmalıdır. Göründüyü kimi, Ermənistan üşün bu nisbət əksinədir”,- deyə davamında sabiq nazir bildirib.

“İkincisi, əsasən dağlıq ərazilərdən keçən şərti dövlət sərhədi ərazisində bütün əsas strateji yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Həmin
yüksəklikləri geri qaytarmaq isə Ermənistan ordusu üçün çox müşkül bir məsələdir və onlar heç vaxt buna nail ola bilməzlər...

Bütün bunlara rəğmən biz arxayın olmamalı, öz ordumuzu daha da yüksək səviyyəyə çatdırmalı, tezliklə Türkiyə və NATO standartları səviyyəsinə qaldırmalıyıq. Daha da müasir silah və texnikalar əldə etməliyik, təlimləri gücləndirməliyik. Və eyni zamanda qardaş, dost və müttəfiq dövlətlərlə əlaqələrimizi, əməkdaşlığımızı daha da gücləndirməliyik”,- deyə general-mayor vurğulayıb.

Geri qayıt