Əsas Səhifə > Güney Press > Tələbələrin yataqxana kirayəsi, avtobus və digər xərclərinə fond pul ayıracaq?

Tələbələrin yataqxana kirayəsi, avtobus və digər xərclərinə fond pul ayıracaq?


31-08-2024, 14:11
Tələbələrin yataqxana kirayəsi, avtobus və digər xərclərinə fond pul ayıracaq?
Baş nazir Əli Əsədov 2021-ci il iyulun 27-də "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nı təsdiq edib.

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu Hurriyyət.az-a təhsil tələbə kreditinin (TTK) tələbələr üçün əlçatan olub-olmadığını, tələbələr üçün nə vəd etdiyini şərh edib:

“Təhsil tələbə krediti Təhsil Nazirliyinin tabeliyində yaranmış Fonddur. Bank kreditlərindən fərqli olaraq burda zamin, girov tələb olunmur. Sosial və standart olmaqla 2 (iki) yerə bölünür. Sosial kreditlərdən üçüncü qrup əlilliyi olan tələbələrin istifadəsi nəzərdə tutulub. Digərləri isə standart olur”.

Ekspert bildirdi ki, təhsil bitənə qədər kreditin faiz dərəcəsi hesablanmayacaq:

“Tələbə universiteti bitirəndən sonra 2 il vaxt verilir ki, tələbə özünə iş tapsın. Növbəti 10 il ərzində, 2 il istisna olmaqla, həmin kredit hissə-hissə qaytarılmalıdır. Sevindirici haldır ki, tələbə simestrı əlaçılıqla bitirərsə sosial kreditlə aldığı kreditin 50 faizi, standartda isə 25 faizi tələbəyə bağışlanır. Bu gün təhsil əlçatandır. Artıq bu fond vasitəsilə imkanı olmayan bütün tələbələr bundan istifadə edə bilər. Hətta gələcəkdə düşünülür ki, tələbələrin yataqxana kirayəsi, avtobus və digər xərclərinə də tələbə təhsil kredit fondu pul ayırsın”.

Geri qayıt