Əsas Səhifə > Güney Press > "Biz seçicilərin milliyyətinə fərq qoymuruq"
"Biz seçicilərin milliyyətinə fərq qoymuruq"31-08-2024, 13:44 |
Səsvermə hüququ olan bütün vətəndaşlarımız üçün bərabər şərait yaradılıb. "Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, jurnalistlərin Xankəndidə yaşayan erməni əsilli vətəndaşların necə səs verəcəyi haqqında sualına cavabında deyib: "Biz seçicilərin milliyyətinə fərq qoymuruq. Əgər həmin şəxslər Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini daşıyırlarsa və seçici siyahısında adları varsa, səs verə bilərlər". Geri qayıt |