Əsas Səhifə > Güney Press > "Avtovağzal” stansiyasından istifadə edən sərnişinlər arasında xeyli narazılıqlar var

"Avtovağzal” stansiyasından istifadə edən sərnişinlər arasında xeyli narazılıqlar var


31-08-2024, 13:00
"Avtovağzal” stansiyasından istifadə edən sərnişinlər arasında xeyli narazılıqlar var
Bakı metrosunun "Avtovağzal” stansiyasından istifadə edən sərnişinlər arasında xeyli narazılıqlar var.

Belə ki, “Avtovağzal” stansiyasından istifadə edən sərnişinlər bildirirlər ki, qatarlar arasında intervalı, eləcə də "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında olan keçid məhz məsəfə etibarı ilə olduqca uzundur. Bu səbəbdən də paytaxta gələn sərnişinlər “Avtovağzal” stansiyası əvəzinə "20 Yanvar” stansiyasına doğru getməyi üstün tuturlar.

Maraqlıdır, “Avtovağzal” stansiyasında sərnişinlərin axınını təmin etmək üçün qatarlar arasında intervalı azaltmaq mümkündür?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qatarlar arasında intervalı azaltmaq texniki baxımdan çox çətindir:

“Cədvələ uyğun olaraq hər gün “Avtovağzal” stansiyasında sərnişinlərin axınını təmin etmək üçün 6 qatar xəttə buraxılır. Əgər qatarlar arasında intervalı azaltsaq, o zaman xəttə əlavə olaraq daha 3 qatar buraxmaq lazımdır. Bu isə əlavə xərclərə səbəb ola bilər. Gərək bunun üçün yeni qatarlar almalıdır. Bu gün isə “Bakı Metropoliteni”ni maliyyə imkanları məhdudur, hazırda belə bir planımız da yoxdur”.

O qeyd edib ki, bir sərnişinin daşınması “Bakı Metropoliteni”ni 51 qəpiyə başa gəlir:

“Məhz “Bakı Metropoliteni”ni gəlirləri də sərnişinlərin hesabına formalaşır. Biz də sərnişinlərin rahatlığını təmin etmək üçün yeni stansiyaları inşa edirik. Bu stansiyaların hər biri isə böyük maliyyə vəsaitlər hesabına başa gəlir. Bu səbələrdən dolayı “Bakı Metropoliteni” “Avtovağzal” stansiyasında qatarlar arasında intervalı azaltmağı düşünmür".

Bəxtiyar Məmmədov bildirib ki, yerüstü nəqliyyatda baş verən əsaslı dəyişiklikdən sonra qatarlar arasında interval azala bilər:

"Bu yaxınlarda Tbilisi prospektində “20 Yanvar” stansiyasına doğru avtobus zolaqları çəkilib. Nəticədə "Avtovağzal” stansiyana sərnişinlərin axını artıb. Əgər stansiyaya sərnişinlərin axını daha da artarsa, o zaman xəttə buraxılan qatarların sayı artırıla bilər. Hazırda buna ciddi bir zərurət yoxdur”.

Geri qayıt