Əsas Səhifə > Güney Press > Ermənistanı silahlandıran Fransa Ukraynada SÜLH TƏLƏB EDİR

Ermənistanı silahlandıran Fransa Ukraynada SÜLH TƏLƏB EDİR


31-08-2024, 12:22
Ermənistanı silahlandıran Fransa Ukraynada SÜLH TƏLƏB EDİR
Avropa ölkələrinin Ukrayna münaqişəsinin sona çatmasında həlledici təsir imkanları azdır. Onun sonunun əsl səbəbi Birləşmiş Ştatlarda elitaların məruz qaldıqları itkilərin miqyasını başa düşmələri olacaq.

Publika.az xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində fransız tarixçi Eduard Husson bildirib.

“Ukraynadakı münaqişə o zaman bitəcək ki, Amerikanın hakim elitasının bir hissəsi müharibəni davam etdirməklə qazandıqlarından daha çox itirdiklərini anlasın”, - deyə tarixçi deyib.

Yusson onu da qeyd edib ki, ABŞ həmişə öz oyun qaydalarını tətbiq etməyə çalışır və imzaladığı müqavilələrə əməl etmir, bu səbəblərdən Vaşinqtonla razılaşmaq çətindir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Ukraynadakı münaqişəyə son qoyulması üçün şərtlərdən biri Qərb ölkələrindən Kiyevə silah tədarükünün dayandırılmasıdır. O, "Ukrayna böhranının həlli üçün yerli reallıqlar nəzərə alınmalıdır" deyib.

Geri qayıt