Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bu separatçı lider doğum gününü Bakıda qeyd etdi...
Bu separatçı lider doğum gününü Bakıda qeyd etdi...31-08-2024, 09:47 |
“Dünən artsax prezidenti Bako Saakyanın ad günü idi, o, Bakı həbsxanasında 64 yaşını qeyd edib. Bunu ən dəhşətli kabusda təsəvvür etmək belə mümkün deyildi, lakin əsirlərin azad edilməsi üçün bütün ictimai cəhdlər, beynəlxalq və yerli strukturların səyləri nəticə vermir”. Moderator.az xəbər verir ki, bunu rusiyapərəst və revanşist dairələrə xidmət edən “Hraparak” nəşri yazır. “Ermənistan hökuməti məhbusların azad edilməsini ilkin şərt kimi qoymadan Azərbaycan hökuməti ilə danışıqları davam etdirir”, -deyə davam edən qəzet hətta həyasızcasına hökumətimizi “həyasızlıq”da ittiham edir: “Dünən Əliyevin köməkçisi Hacıyev bəyan edib ki, “Qərb siyasətçiləri və mediası erməni lobbisinin pulu ilə “hərbi cinayətkarları” azad etməyə çağırır”. Zəruri şərh: Yəqin, revanşist, irqçi erməni dairələri ümid edir ki, Azərbaycan Moskvanın, ya Vaşinqtonun təzyiqi ilə Bako Saakyan da daxil olmaqla Bakı həbsxanasındakı separatçı-terrorçu dustaqları cəzalarını çəkmədən azad edəcək. Unudurlar ki, biz onların 4-5 separatçısını cəmi 10 aydır həbsdə, özü də yetərincə normal şəraitdə saxlayırıq, amma hələ etdikləri qalan zülmləri demirik, 30-35 ildir ki, Ermənistan ərazisində öldüsü-qaldısı bilinməyən 5 minə yaxın soydaşımızdan xəbər-ətər yoxdur... P.S. Xatırladaq ki, Xankəndində onun ata-anası ilə qonşuluqda yaşamış azərbaycanlıların sözlərinə görə, Bako Saakyanın əsil uşaqlıq adı Bəxtiyar, yaxud Bahadır olub. Onun özündən əvvəl doğulan bir neçə qardaş-bacısı ölüb. Ermənilərdə isə belə bir inanc var imiş ki, guya körpəyə türk adı qoysan, o, salamat qalacaq... Təəssüf ki, o dövrdə soydaşlarımızda da belə bir yanlış inanc olub... P.P.S. Yəqin ki, dünənki doğum günündə Bakonun da əsil adı yadına düşüb və Bakı türməsində özünü Bəxtiyar hiss edib... Geri qayıt |