Əsas Səhifə > Güney Press > Ölkədə ən yüksək keçid balı BANM-da oldu

Ölkədə ən yüksək keçid balı BANM-da oldu


23-08-2024, 13:35
Ölkədə ən yüksək keçid balı BANM-da oldu
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) öz rekordunu yenilədi!
Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balını BANM-ın İnformasiya təhlükəsizliyi ixtisası topladı.
Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üçün açıqladığı nəticələrə əsasən, İnformasiya təhlükəsizliyi ixtisasına keçid 687 bal oldu.
Ölkə üzrə qeydə alınmış ən yüksək göstəricidir. BANM illərdir ki, bu siyahıya liderlik edir.
Əvvəlki rekord isə 685 bal idi.

Geri qayıt