Əsas Səhifə > Güney Press > "Baktelecom" sentyabra kimi dözümlülük istəyir

"Baktelecom" sentyabra kimi dözümlülük istəyir


23-08-2024, 13:02
"Baktelecom" sentyabra kimi dözümlülük istəyir
Bir həftə öncə ölkədə internetin yeni tarifi müəyyən edilib. Yeniləndiyi deyilən internet tariflərinin qiyməti 25 manata qalxsa da, internetin sürət və keyfiyyəti barədə narazılıqlar var. "Baktelecom" istifadəçiləri istifadə etdikləri internetdə tez-tez donma və kəsilmələrin olduğunu qeyd edirlər. İnternetin sürətinin artırıldıgı deyilsə də, istifadəçilərin yoxlamasına görə, internet sürəti 42Mbit/san olaraq qalıb.
Məsələ ilə əlaqədar şirkət açıqlamasında qeyd olunub ki, "Bakı Telefon Rabitəsi" MMC-nin xidmətlərinə yeni tariflərin rəsmi şəkildə aktivləşdirilməsindən öncə qoşulan abunəçiləri üçün yeni tariflərin tətbiq olunması, növbəti ayın 1-dən təmin ediləcək.

Şirkət abonentlərin narazılıqlarını nəzərə aldığını qeyd etsə də, vəziyyət olduğu kimi qalmaqda davam edir. İnternet sürətinin aşağı olması və bəzən kəsilməsi ilə yanaşı, hava şəraitinin azca dəyişməsi də internet xəttinə çox ciddi təsir göstərə bilir. Məsələn, hava küləkli olduqda, yaxud yağış yağanda, bəzən hətta temperatur bir qədər yüksək olan kimi internetdə kəsilmələr, donmalar, gecikmələr baş verir. Halbuki, bu növ problemlərin internet istifadəsinə təsirinin olmaması üçün bir çox internet şirkətləri fiberoptik kabellərdən istifadə edirlər. Bu kabel xətlərinin isə dəyişkən hava şəraitinə qarşı internetin keyfiyyətini qoruduğu söylənilir.

Məlumat üçün qeyd edək ki, internet tariflərindəki yenilənmə ADSL xətt istifadəçilərinə şamil edilmir. Bu barədə "Baktelecom" abonentlərə açıqlamasında bildirib.

Geri qayıt