Əsas Səhifə > Güney Press > “Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə...”

“Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə...”


23-08-2024, 12:58
“Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə...”
“Əslində Aygünün doğum günündə anım tədbiri təşkil etmək istəyirdim. Sadəcə olaraq vaxt azlığı var idi. Müraciət etdim, alınmadı. İnşallah qismət olsa gələn il 50 illik yubileyini edərik. Sağ olsun bütün aidiyyatı qurumlar, İcra Hakimiyyəti dəstəkdir. Dostları, qohumları, yaxınları səhərə kimi Aygünün məzarını ziyarət ediblər. Evimizə də gəlib-gedənlər var. Ehsan da vermişik. Bizə bu il çox çətindir. Ötən il onun 48 yaşını birlikdə qeyd etmişdik. Yadımdadır, həyətdə yığışmışdıq. İnanıram ki, bacımın yeri cənnətdir və o hər zaman qəlblərdə yaşayacaq”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib.

O daha sonra əlavə edib:

“Mənim əslindən incikliyim həyatdandır. Bəzən çox pis oluram. Aygün həmişə necə tək deyildi, mən də tək olmuşam. Aygün var olubsa mən olmuşam. İndi Aygün yoxdur, mən təkəm. Necə ki, o bacılarını heç vaxt istəməyib, heç vaxt onlardan danışmayıb. Vaxtında heç kim ona yaxın düşməyib, indi hamısı ondan danışır. Deyirlər ki, Aygünə biz baxmışıq. İndi Aygün yoxdur axı! Həmişə köçüb-gedənin arxasınca belə şeylər deyirlər. Allah özü görür. İncikliyim budur. Yəqin ki, biri çıxıb deyər ki, niyə belə edirlər?! Düzdür, ortalıqda nə miras, nə pul var, dava edən də yoxdur. Sadəcə olaraq mənə çox pis təsir edir ki, həqiqətən də heç biri gəlib-getmədi. Qohumlarımız da yaxın düşmədilər. İndi hamısı deyir ki, Aygünü mən böyütmüşəm, ona mən baxmışam, bacılar deyir mən etmişəm, halbuki Aygündən xəbərləri yox idi. Hər şey öz axarı ilə gedir. Vay gedənin halına. Aygünü itirəndən sonra bütün qol-qanadım qırıldı (ağlayır). 2018-ci ildə anam dünyasını dəyişəndən sonra həyatımı Aygünə bağlamışdım. İndi tək qalmışam. Öz ailəmdən, uşaqlarımdan, yoldaşımdan başqa heç kimim yoxdur”.

Zümrüd xanım mətbuatda “Cənab nazir Kəmaləddin Heydərov Aygün Bəylərin qızını himayəsinə götürdü” başlığı ilə paylaşılan yazılara da münasibət bildirib:

“Rəhmətlik Aygün Cananı mənə tapşırmışdı, amma Canan Aynur xalasını seçdi və onunla yaşayır. Cananın qəyyumu da Aynur xalasıdır. Cənab nazirimiz sağ olsun Cananın məktəbinin xərclərini, təhsilini öhdəsinə götürüb. Başqa bilmirəm nə deyilir? Sosial şəbəkələri izləmədiyimə görə şayiələrdən də xəbərim yoxdur”.

Geri qayıt