Əsas Səhifə > Güney Press > Məhkəmə rüşvətə görə tutulan icra nümayəndəsi barədə

Məhkəmə rüşvətə görə tutulan icra nümayəndəsi barədə


23-08-2024, 12:49
Məhkəmə rüşvətə görə tutulan icra nümayəndəsi barədə
Rüşvət almaqda təqsirli bilinərək həbs edilən Lənkəran rayon İcra Hakimiyyəti başçısının Vilvan kəndi üzrə icra nümayəndəsi Faiq Köçəriyevin barəsində olan kassasiya şikayəti və kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, şikayət təmin olunmayıb, məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lənkəran rayon Şürük kənd üzrə icra nümayəndəsi Ağayar Yusubov və Vilvan kənd üzrə icra nümayəndəsi Faiq Köçəriyev 22 may 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını tərəfindən rüşvət almaqla təqsirli bilinərək həbs ediliblər.

Geri qayıt