Əsas Səhifə > Güney Press > Qarabağ bitdi: Qafqazda yeni mübarizə başlayır

Qarabağ bitdi: Qafqazda yeni mübarizə başlayır


23-08-2024, 12:33
Qarabağ bitdi: Qafqazda yeni mübarizə başlayır
“Rusiyanın Qarabağ müharibəsinin başa çatmasından sonra Cənubi Qafqazda əvvəlki mövqelərini qazanması çox çətin olacaq”.

Bunu Ermənistanın Alternativ Layihələr qrupunun üzve Vahe Ovannisyan deyib.

Onun sözlərinə görə, Moskva artıq belə bir şeyin mümkün olmadığını anlayıb:

“Türkiyə də artıq regiondadır, Azərbaycanla yaxın əlaqələri və ikisi arasında imzalanmış Şuşa Bəyannaməsi var. Ermənilərin “artsax”ı daha yoxdur, Qarabağ məsələsi bağlanıb. Yəni Moskva Bakıya təsir rıçaqlarını itirib. İndi Rusiya özü Türkiyə və Azərbaycanın logistika, tranzit imkanlarından asılıdır.

Digər tərəfdən, Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Köhnəyə dönüş yoxdur, amma yeni reallıq fonunda mübarizə gedir. Bu isə İrəvana həm yeni imkanlar, həm də risklər gətirəcək”.

Globalinfo.az

Geri qayıt