Əsas Səhifə > Güney Press > Rüşvətə görə həbs edilən hərbi komissara ağır cəza tələbi

Rüşvətə görə həbs edilən hərbi komissara ağır cəza tələbi


23-08-2024, 12:16
Rüşvətə görə həbs edilən hərbi komissara ağır cəza tələbi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror R.Ağayevin verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Hakim Rafiq Abbasov vəkilə müdafiə çıxışına hazırlanması məqsədilə avqustun 27-nə kimi vaxt verib.

Qeyd edək ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Geri qayıt