Əsas Səhifə > Güney Press > Agentlik 2 milyon manata bina icarəyə götürdü

Agentlik 2 milyon manata bina icarəyə götürdü


23-08-2024, 09:53
Agentlik 2 milyon manata bina icarəyə götürdü
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən “3 saylı Bakı DOST Mərkəzi” PHŞ üçün inzibati bina sahəsinin icarəsinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Faktor Qrup-S-1” QSC olub.

Qalib şirkətə 1 792 800 manat ödəniləcək.

Qeyd edək ki, 2 490 m(2) sahəsi olan ofis icarəyə götürüləcək.

Geri qayıt