Əsas Səhifə > Güney Press > İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı və...

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı və...


23-08-2024, 09:32
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı və...
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı və uçota alınması qaydaları hansı iş yerlərinə və işçilərə şamil olunur?
1. Bu Qaydalar: bütün müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və ya təşkilati-hüquqi formasından asılı olmayaraq, Respublikanın ərazisində yerləşən bütün idarə, müəssisə, və təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış bütün iş yerlərində tədbiq olunur.
2. Bu Qaydalar: Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, qurğularda və digər iş yerlərində tətbiq edilir.
3. Bu Qaydalar: İşəgötürənin materialından, xammalından,istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən bütün işçilərə şamil olunur.
4. Bu Qaydalar: Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağladığı müqavilədə başqa qayda nəzərdə tutulmadıqda, xarici dövlətlərin fiziki, hüquqi şəxslərin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən bütün iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
5. Bu Qaydalar: dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativ - hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətləri də nəzərə alınmaqla bütün işçilərə şamil edilir.
6. Bu Qaydalar: istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilən, işləyən hərbi qulluqçulara, məhkəmə hökmlərinin icrası y-də işləyən məhkumlara da şamil edilir.
7. Bu Qaydalar: təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və ya fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərə şamil edilir.
8. Bu Qaydalar aşağıdakı işçilərə də şamil olunur: İşəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.İnfo

Geri qayıt