Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Fars-molla rejimi Güney Qafqazda NƏ AXTARIR?..

Fars-molla rejimi Güney Qafqazda NƏ AXTARIR?..


23-08-2024, 08:46
Fars-molla rejimi Güney Qafqazda NƏ AXTARIR?..
“Biz ölkələrin bir-biri ilə ikitərəfli məsələlərini şərh etmirik, amma vurğuladığımız odur ki, ABŞ-nin bölgədə mövcudluğuna müsbət yanaşmırıq”. Bu sözləri İran Xarici işlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransında İran-Ermənistan münasibətlərindən danışarkən qeyd edib. Etiraf etməliyik ki, Amerika Birləşmiş Ştatlarının İranla olan münasibətlərini nəzərə alıb, Amerika Birləşmiş Ştatları başda olmaqla digər qüvvələrin Ermənistan ərazisində mövcud olması İranı narahat etməyə bilməz. Sadəcə bəzi hallarda dövlətlər bu narahatçılıqlarını ifadə etməməyə və yaxud ən azından bunu göstərməməyə çalışırlar. Bu gün İran da belə siyasət yürüdür.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində hadisələrin gedişatını və məntiqi nəticəsi kimi İranın Azərbaycanla münasibətlərinin daha yaxşı olması qənaətinə gəlmək olar.

Gələcəkdə İranla Azərbaycanın münasibətlərin daha da yaxşı olmasının şahidi ola bilərik.

“Düzdür, bəzi qüvvələr ifadə edirlər ki, Azərbaycan İsraillə müttəfiqidir. Və bu İranla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olur. Əslində o məntiqlə çıxış etsək İran İsraili “kiçik şeytan”, Amerika Birləşmiş Ştatlarını da “böyük şeytan” adlandırıb. Əgər “böyük şeytan” adlandırdığı Amerika Birləşmiş Ştatları rəsmən Ermənistan ərazisində mövcuddursa və hərbi təlimlər keçirirsə, Zəngəzura özünün hərbi təyyarələrini hərbi yüklərini yerləşdirirsə, İran bunun narahatçılığını bir kənara qoymalıdır. Azərbaycanla İsrail arasında müttəfiqlik olsa da, İsraillə Azərbaycan arasında hər hansı bir bazanın və yaxud hərbi arsenalının, hər hansı bir qüvvələrinin əsgərinin olduğunu İran sübut edə bilmədi. Belə bir halda Azərbaycanla münasibətləri pisləşdirib Ermənistanla münasibətləri normallaşdırırsa, İranın bu davranışı heç bir məntiqə sığmır. Bu səbəbdən də, mövcud reallıqlardan çıxış etsək, bu gün Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik tərəfdarı olduğunu görmək olar. Eyni zamanda Azərbaycan Cənubi Qafqazda sülh təşəbbüslərini ortaya qoyur. Bunu təqdir etmək lazımdır”-deyən politoloq bildirib ki, Ermənistanın öz ərazisini İrana qarşı olan qüvvələrin məskəninə çevirməsini də İran tərəfi özü dəyərləndirməlidir və buna reaksiyasını özü ortaya qoymalıdır.

Geri qayıt