Əsas Səhifə > Güney Press > Məktəbli valideynlərinə vacib xəbər:
Məktəbli valideynlərinə vacib xəbər:23-08-2024, 08:38 |
"Satış prosesi gedir, amma çox zəifdir". Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov deyib. O bildirib ki, hazırda 11 satış mərkəzində formaların satışı davam etdirilir: "Bazarda böyük miqdarda saxta paltarlar var, buna görə də insanlar qiymətlərdə fərq görən kimi özləri də bilmədən uşaqlarını təhlükə ilə üzbəüz qoyurlar. Bilirsiniz, mənşəyi bilinməyən, standartlara uyğun olmayan məktəbli formaları bir dəfə yuyulduqdan sonra pis formaya düşür, həmçinin, uşaqlarda allergiya kimi fəsadlar verə bilər. Valideynlərə müraciət edirəm ki, həmin məktəbli formalarını almasınlar. 11 satış nöqtəmiz var və hamısında satılan formalarımıza 1 il zəmanət veririk. 1 il ərzində mütləq keyfiyyətini yaxşı saxlayır". O, formaların ucuzlaşdığını bildirib: "Formalarımız keçən ötən ilki qiymətlərlə müqayisədə 20 faiz ucuzlaşıb. Avqust ayının 15-dən sonra satış mərkəzlərimiz həftənin 7 günü, fasilsiz olaraq çalışır". Geri qayıt |