Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bəzi bank rəhbərləri özlərinə kredit verərək problemli kredit kimi silirlər
Bəzi bank rəhbərləri özlərinə kredit verərək problemli kredit kimi silirlər23-08-2024, 08:34 |
Bu il avqust ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2 milyon manat artaraq 453.7 milyon manata yüksəlib. "APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qeyd edək ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 3.6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.3% azalıb. Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil edib. Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, böyük ehtimal ilə 8% azalma həqiqəti əks etdirir: “Sadəcə olaraq banklar problemli krediti həll ediblərmi, yoxsa, ümidsiz kredit kimi onları siliblərmi sualı hələ də qalmaqdadır. Məsələn, deyirlər ki, ilin əvvəlində 10 min xəstə var idi, ilin sonunda isə deyirlər 50 faiz azalma var. Yəni xəstə sayı 5 mindir. Sual yaranır ki, onlar ölüb yoxsa sağaldıblar? Əgər ölüblərsə pis, sağalıblarsa, yaxşıdır. Burada da məsələ belədir. Problemli kredit qaytarılıbsa, banklar üçün yaxşıdır. Lakin əl çəkib, ümidsiz kredit kimi yanaşıblarsa bank sistemi üçün artıq pisdir. Reallıqda isə bir hissəsi silinib, bir hissəsi isə qaytarılıb. Ümumiyyətlə problemli kreditlərin əksər hissəsi qayıtmır, sadəcə silinir. Hətta bəzi bank rəhbərləri özlərinə kredit verərək problemli kredit kimi silirlər. Bəziləri isə doğurdanda həmin krediti qaytara bilmir”. Geri qayıt |