Əsas Səhifə > Güney Press > “Ermənistana verilən silahlar məhv ediləcək”

“Ermənistana verilən silahlar məhv ediləcək”


22-08-2024, 18:10
“Ermənistana verilən silahlar məhv ediləcək”
Qərb Ermənistana hücumsilahları göndərməkdə davam edir. Cənub qonşumuz İran isə Ermənistanın silahlanmasına yaradır. Fransa və Hindistandan sifariş edilən silahlar məhz İran üzərindən Ermənistana çatdırılır. ABŞ və Avropa İttifaqı 5 apreldə Ermənistanla imzalanan hərbi fakt çərçivəsində İran vasitəsilə işğalçı ölkəni intensiv şəkildə silahlandırır.
Hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a bildirib ki, İranın Mehrabad aeroportu və Bəndərabbas dəniz limanı vasitəsilə Hindistan və Fransadan gələn silahlar Ermənistana ötürülür.
Onun sözlərinə görə, artıq Ermənistana 12 ədəd SEZAR artilleriya qurğularından ibarət dvizion dəsti, 30-dan çox tank əleyhinə idarə olunan sistemlər, 500 ədəd birdəfəlik reaktiv qumbaraatanlar və Almaniya istehsalı olan tank əleyhinə vasitələr ötürülüb:
"Bu silahların Ermənistana ilk dəfə verilir. Bundan başqa ABŞ-ın da BGM71-TOW tank əleyhinə idarə olunan raket komplekslərinin 50 ədədi Ermənistana çatdırılıb”.
Ə.Verdiyev bütün bunların Ermənistanın intensiv şəkildə Azərbaycana qarşı silahlanmasından xəbər verdiyini deyib:
“Bunlar son həftələr ərzində Ermənistan Azərbaycanla şərti sərhəddə aqressiv davranışlarının səbəbi kimi qəbul edilir. Son aylar Ermənistana verilən silahlar barədə isə BMT silahlar registirinə məlumat verilməyib. Bu isə ondan xəbər verir ki, Qərb və Hindistan silahları Ermənistana qaçaqmalçılıq yoluyla çatdırılır”.
Hərbi ekspert deyib ki, İranın Ermənistanın silahlanmasına susqun qalmasının səbəbi birmənalı olaraq onun bu proseslərin iştirakçısı olmasıdır:
“İran tərəfi Qərbin verdiyi silahların detallı şəkildə öyrənilməsi və onların oxşarının hazırlanması üçün kifayət qədər imkanlar əldə edib”.
Ə.Verdiyev Ermənistanın intensiv şəkildə silahlandırılmasının heç bir halda Azərbaycan tərəfindən cavabsız qalmayacağını bildirib:
“Ermənistanın müharibəyə hazırlaşmasının qarşısını almaq üçün Azərbaycan zəruri olan bütün addımları atacaq. Həmin silahlar Azərbaycan əsgərinin həyat və sağlamlığına zərər gətirə biləcək məsafəyə yaxınlaşarsa, dərhal məhv ediləcək”.

Geri qayıt