Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Rəqibi Əhliman Əmiraslanovu debata çağırdı: Üzə çıxın!
Rəqibi Əhliman Əmiraslanovu debata çağırdı: Üzə çıxın!22-08-2024, 17:36 |
3 dəfə ardıcıl bu dairədən deputat seçilən Əhliman Əmiraslanovun 15 il ərzində ağlına gəlməyib ki, bir dəfə bura gəlsin. Bəlkə də heç buralara gələn yolu da tanımır. Bura gəlməyən adam haradan biləcək bu camaatın dərdini, problemini. Bu adam seçkidən seçkiyə gəlib ərazini fırlanıb, şəkil çəkdirib gedib. Seçicilər deyir ki, bu adam bura nə üzlə gəlir. Bir dəfə Milli Məclisdə ağzını açıb bizim problemimizi dilə gətirdiyini eşidən olmayıb. Seçicilərlə görüşüb ki, dərdlərini də bilsin?. Bu sözləri Tribunainfo.az-a 67 saylı Sabirabad Seçki Dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Farman Salmanov deyib. O bildirib ki, Əhliman Əmiraslanov indiyə kimi bizim ərazidən 3 dəfə “deputat” seçilib. İndi də 4-cü dəfə deputat olmaq arzusundadır: “Halbuki burada camaat o adamın üzünü belə tanımır. Seçicilərlə görüşürəm hər gün. Onu tanıyan bir nəfər yoxdu buralarda. Mən şəxsən Əhliman Əmiraslanovu debata çağırıram. Danışmağa sözü varsa, gəlsin. Ancaq cavab verə bilmir, üzə çıxa bilmir, üzə çıxsın. Əhliman Əmiraslanovdan soruşmaq istəyirəm ki, ay Əhliman bəy, bu ərazidə yaşayanların da ən böyük problemi uşaq pulu ilə bağlıdır. Dəfələrlə bu barədə seçicilər danışıb. Siz bu 15 il ərzində bir dəfə parlamentdə bu barədə söz açmısız heç? Pensiya yaşı hazırda kişilər üçün 65, qadınlar üçün də gələn il 65 yaş olacaq. İnsanların əksəriyyəti bu yaşa çatmamış dünyasını dəyişir. Verilən pensiya da az miqdardadır. Mənə maraqlıdır ki, Əhliman bəy deputat maaşı olmadan o pensiya ilə yaşaya bilərdi? Burada əkin-biçinlə məşğul olan insanların maddi durumu çox aşağı olduğu halda dizel yanacağının qiyməti artırıldı. Bu kənd əhalisi nə etsin? Seçicilərinizin çoxu əkin-biçin adamı olduğu halda bu sizi niyə narahat etmir? Hazırda Buldux kənd orta məktəbi çox bərbad haldadır. Sakinlər dəfələrlə bu problemin qaldırılmasını istəyiblər. Ancaq siz bir deputat kimi nə vaxt o məktəbə baş çəkib problemlə tanış olmusuz? Kənd yollarının vəziyyəti bərbad haldadır. Bu kəndlərə bir dəfə yolunuz düşsəydi, bilərdiniz. Gəlmədiyiniz üçün bilmirsiz və maraqlanmırsınız da. Kəndin bir normal tibb məntəqəsi yoxdur. Bundan xəbəriniz var? Bir kənddən digər kəndə maşınla belə getmək mümkün deyil. Əhliman Əmiraslanova səslənirəm, Əhliman müəllim, görürsünüz, əhalinin yaşayışı necə kritik həddə çatıb. Görünür siz bu işi bacarmırsınız. Ona görə də çəkilin dayanın kənarda. Onsuz da sizə səs verən yoxdur. Mən əminəm ki, seçkidə bir saxtakarlıq olmasa bu ərazilərdəki problemləri bilən, əhalinin dərdinə şərik olan bir namizəd kimi özüm seçiləcəyəm”. Geri qayıt |