Əsas Səhifə > Güney Press > “Səba”nı satın alan “Chicken Pro.” nizamnamə kapitalını azaltdı

“Səba”nı satın alan “Chicken Pro.” nizamnamə kapitalını azaltdı


22-08-2024, 17:28
“Səba”nı satın alan “Chicken Pro.” nizamnamə kapitalını azaltdı
“Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmlərini alan “Chicken Pro.” MMC nizamnamə kapitalını azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, MMC nizamnamə kapitalını 242.496 manat azaldaraq 32.103.459 müəyyən edib.

Cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilib və qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilib.

Xatırladaq ki, “Chicken Pro.” MMC bu ilin iyun ayında “Səba”nın təsisçiliyi ilə yaradılıb. Daha sonra MMC “Səba”nın səhmlərini alıb. Şirkətin qanuni təmsilçisi Əliyev Abid Müstəqim oğludur.

Geri qayıt