Əsas Səhifə > Güney Press > "Hər dəfə motosikletlə gedəndə göyə baxıb deyirəm ki, ata, yanımda ol"
"Hər dəfə motosikletlə gedəndə göyə baxıb deyirəm ki, ata, yanımda ol"22-08-2024, 17:09 |
Rəqqasə Rəna Ağamuradova (Renka) dünyasını dəyişən atasından danışıb. Axşam.az xəbər verir ki, "Nigar xanım" verilişinə qonaq olan Renka göz yaşlarını saxlaya bilməyib: "Atamdan sonra böyüdüm, yaşlaşdım. O qədər səhvlər etdim ki... Onunla nəfəs alırdım. Hər dəfə motosikletlə gedəndə göyə baxıb deyirəm ki, ata, yanımda ol. Getdim və qəzaya düşdüm. Amma çox xəsarət almadıq, bildim ki, yanımda mələyim var. Uşaqlarım olmasaydı, torpağı qazıb onun yanında yatardım. Gedirəm qəbrinin üstünə, deyirəm, sağ olsaydın belə bir şey olmazdı. Deyirəm, kaş pis ata olardı, məni bu qədər yandırmazdı". Geri qayıt |