Əsas Səhifə > Güney Press > Paşinyan Bakıya gələcək?
Paşinyan Bakıya gələcək?22-08-2024, 16:29 |
“ABŞ başda olmaqla, Qərb Paşinyanın Bakıya gəlməsini istəyir”. Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın COP29-la bağlı Bakıya gəlmə ehtimalından danışan politoloq Qafar Çaxmaqlı deyib. Onun sözlərinə görə, Ermənistanda bir sıra siyasətçilər də məsələ ilə bağlı yaxından maraqlanırlar. “Belə ki, Paşinyanın gəlişi üçün əsas şərtin sülh müqaviləsi olduğunu deyirlər. Lakin bu müqavilənin bağlanmayacağı təqdirdə baş nazirin Bakıya gəlmə ehtimalının olmadığını da qeyd edirlər”, – deyə o bildirib. Politoloq qeyd edib ki, ABŞ başda olmaqla, Qərb Paşinyanın Bakıya gəlməsini istəyir. “Bununla bağlı hətta təkliflər də irəli sürürlər. Sadalanan amillər nəzərə alındıqda qeyri-müəyyən vəziyyətlə qarşılaşırıq. Yəni Paşinyanın gəlib-gəlməyəcəyini indidən demək tezdir. Əlavə olaraq, hələ sülh müqaviləsi ilə bağlı ciddi addımlar da atılmayıb. Azərabycan sülh sazişinin bağlanması üçün əlverişli şərait yaratmaqdan ötrü Zəngəzur dəhlizi ilə bağlı məsələni arxa plana qoydu. Nəzərə almaq lazımdır ki, COP29 beynəlxalq tədbirdir. Bu səbəbdən Bakıda, yaxud başqa yerdə keçirilməsində heç bir problem yoxdur. Nəticə etibarilə Paşinyanın gəlişi üçün heç bir maneə yoxdur”, – deyə politoloq bildirib. Geri qayıt |