Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Naxçıvan Səhiyyə Nazirliyindən Qafarova böyük jest

Naxçıvan Səhiyyə Nazirliyindən Qafarova böyük jest


22-08-2024, 13:48
Naxçıvan Səhiyyə Nazirliyindən Qafarova böyük jest
Naxçıvan Səhiyyə Nazirliyi dünən daha bir tenderə yekun vurub. JAMAZ.İNFO xəbər verir ki, nazirlik dərman və sarğı ləvazimatlarının alınması üçün satınalma müqaviləsi imzalayıb.

Qeyd edək ki, tenderin qalibi bu dəfə də “özgəsi” olmayıb. Belə ki, Naxçıvan Səhiyyə Nazirliyi deputat Kəmaləddin Qafarova məxsus olduğu şübhə doğrumayan “Azəri Med” MMC ilə satınalma müaviləsi bağlayıb. Müqavilənin dəyəri isə 4.734.716,54 manat təşkil edir.

Bildirək ki, Milli Onkologiya Mərkəzinin direktor müavini olan aqronom ixtisaslı Qafarovun şirkəti əksər xəstəxana və xüsusən də Səhiyyə Nazirliyi və onun tabeçiliyində olan qurumların bütün tenderlərinin qalibi olur. Buna səbəb onun deputat olması və imkanlarının genişliyidir. Həmçinin Kəmaləddin Qafarovun tender oyunlarında böyük təcrübəsi də onun şirkətinin “qalib” olmasını şərtləndirir.

Bəzi müşahidəçilər isə hesab edirlər ki, Naxçıvan Səhiyyə Nazirliyinin belə böyük məbləğli satınlam müqaviləsi imzalaması Kəmaləddin Qafarova böyük jestdir. Onlar hesab edirlər ki, hazırda deputat mandatı üçün lazım olan qapıları döyən Qafarovun, bu cür yüksək məbləğli tenderlərə sahiblənməsi ona hava və su kimi lazımdır. Bu, həm özünü təsdiq etmək və yuxarılara göstərmək üçün, həm də əlavə qazanc əldə etmək üçün vacib amillərdən hesab olunur.

Geri qayıt