Əsas Səhifə > Güney Press > Özbəkistan – Azərbaycan əməkdaşlığı üçün 5 milyonluq

Özbəkistan – Azərbaycan əməkdaşlığı üçün 5 milyonluq


18-08-2024, 00:05
Özbəkistan – Azərbaycan əməkdaşlığı üçün 5 milyonluq
“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “Özbəkistan – Azərbaycan əməkdaşlıq əlaqələrinin inkişafı üçün keçiriləcək bir sıra tədbirlərin təşkili xidmətləri” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Caspian Event Organisers” MMC olub.

Qalib şirkətlə 4 994 660 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Geri qayıt