Əsas Səhifə > Güney Press > Şəhid qanı ilə yoğrulmuş MÜQƏDDƏS TORPAQLARA BUDURMU MÜNASİBƏT?
Şəhid qanı ilə yoğrulmuş MÜQƏDDƏS TORPAQLARA BUDURMU MÜNASİBƏT?17-08-2024, 14:02 |
Şanlı ordumuz şəhidlər verərək torpaqlarımızı ona görə azad etmədi ki, bir qrup vətəndaş azad olunmuş ərazilərimizi zibilləməyə başlasın. Ailəmlə Qarabağda qaldığım müddətdə yol boyu şüşə qabların yerlərə səpələndiyini, salafanların havada uçuşduğunu müşahidə etdim. Birisinin maşınının şüşəsini açaraq Xocalı istiqamətində muğam oxuya-oxuya kənara su şüşəsini atdığının şahidi oldum. İndi guya bu muğam oxumaqla torpaqların azad olunmasına sevinir, o biri tərəfdən də azad olunan torpaqlarımızı zibilləməklə ərazini yararsız hala gətirir. Bəziləri evindən kənarı ona görə zibillləməkdə qüsur görmür ki, kənarı özününkü saymır. Laçın yolunda uşaqlıq xatirələrimi yeniləmək üçün maşınla Turşsuya döndük. Xeyli maşın və insan var idi, tıxac yaranmışdı, sevindim, ancaq nə olsun ətrafda nə qədər şüşə butılkası, içi dolu salafan gördüm. İndi buna nə ad verək? Sizin tökdüyünüz zibilləri kim təmizləməlidir, yoxsa elə bilirsiz həmin zibillər özü-özünə yox olacaq? Bakıda noyabrda iqlim dəyişikliyi ilə bağlı böyük tədbir keçiriləcək. Bu tədbirə qədər özümüz məmləkətimizdə torpaqlarımızın təmizlənməsi barədə düşünməli, bununla bağlı mövcud qanunları sərtləşdirməliyik. Ətrafı zibilliyən yerində 100 və ya 200 manat cəzalandırılmasa ağlı başına gəlməyəcək, ətrafı ziblilləməkdə davam edəcək. Elxan Şahinoğlu - Dia-az.İnfo Geri qayıt |