Əsas Səhifə > Güney Press > "Anar Məmmədovun namizədliyi ləğv edilsəydi, meydana Qələndər Muxtarlı düşəcəkdi"

"Anar Məmmədovun namizədliyi ləğv edilsəydi, meydana Qələndər Muxtarlı düşəcəkdi"


17-08-2024, 12:48
 "Anar Məmmədovun namizədliyi ləğv edilsəydi, meydana Qələndər Muxtarlı düşəcəkdi"
“Seçki plakatım üçün ölçü 30-un 40-a deyilib. Amma nədənsə YAP-nin namizədi Anar Məmmədovun seçki plakatı mənim plakatımdan iki dəfə böyükdür. Bununla bərabər digər namizəd Qələndər Muxtarlının də seçki plakatı böyükdür. Necə başa düşək? DSK Şəhriyar Məcidzadəyə 30-un 40-a ölçüsünü deyir, amma hansısa səbəbdən Anar Məmmədovun və Qələndər Muxtarlının seçki plakatı Məcidzadənin plakatından iki dəfə böyük olur. Həyatda hər şey yalan danışa bilər, amma tarix və zaman danışa biməz. Anar Məmmədovun seçki plakatının nəşrə verildiyi tarix 05.08.2024-cü il, Qələndər Muxtarlının plakatının sifarişi 08.08.2024-cü ildir. Şəhriyar Məcidzadənin seçki plakatının sifarişi isə 10 avqustdur. Çünki ölçülər mənə 9 avqustda, yəni seçki təşviqatının elan olunduğu gün verilib. Buna görə də palakatımı yalnız ayın 15-də lövhəyə vura bilidim. Xalqın gözü tərəzidir. Bu, açıq diskriminasiya, açıq seqreqasiyadır”.

Pravda.az xəbər verir ki, bu sözləri 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin qalmaqallı rəqiblərindən ictimai fəal Şəhriyar Məcidzadə deyib.

Məcidzadə bildirib ki, digər 3 namizədin də plakatının ölçüsü onun plakatından böyükdür: “Onlara da fərqli ölçülər deyiblər. Ən əsası isə həmin namizədlərin plakatının çapa verildiyi tarix 9 avqustdur. Üçü də eyni gündə, eyni mətbəədə şəkillərini çapa verirlər. Ortaya çıxan məqam budur ki, Şəhriyar Məcidzadənin qarşısında sadəcə YAP namizədi deyil, həm də ehtiyat namizəd Qələndər Muxtarlı dayanıb. Bu kimin ssenarisidir? Başqa sübutlar da var. Hamısını ortaya qoyacağam. Qələndər Muxtarlı əmim İsgəndər Həmidovun yanında olan adam olub, onun partiyasının qəzetinin baş redaktoru idi. Mənim namizədliyimdən sonra onu ehtiyat namizəd kimi bu dairəyə göndəriblər. Anar Məmmədovun namizədliyi ləğv edilsəydi, meydana Qələndər Muxtarlı düşəcəkdi. Atamın, əmimin yanında olan adamın Tərtərdə ədalətdən kənar şəkildə mənə rəqib olması elə-belə hadisə deyil...”

Geri qayıt