Əsas Səhifə > Güney Press > Mirzoyandan sülh mesajı:
Mirzoyandan sülh mesajı:17-08-2024, 12:38 |
Dialoq və açıq müzakirələr Cənubi Qafqazın gələcəyi üçün ən unikal üsuldur. Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. Nazir Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə diqqət çəkərək, buradan çıxacaq nəticələrin Cənubi Qafqaz üçün tarixi gəlişmə olacağını və bölgədə sülh üçün real imkanların yarandığını bildirib. “Tarixən mədəni və əsas ticarət yollarının kəsişməsində yerləşən regionumuz - Cənubi Qafqaz bu gün mühüm yol ayrıcında dayanır. O, çox böyük sarsıntılarla, o cümlədən insan həyatı və regionun ümumi iqtisadi inkişafına, bu gününə və gələcəyinə böyük təsir göstərən hadisələrlə üzləşib. Hazırda biz düzgün seçim etmək, daha dinc, təhlükəsiz və firavan gələcəyə doğru düzgün yol tutmaq üçün real imkana malik tarixi yol ayrıcındayıq. Dialoq və açıq müzakirələr vakuumu doldurmaq üçün vacib şərt və unikal üsuldur”, - Mirzoyan qeyd edib. Geri qayıt |