Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bahalaşma dalğası gəlir: “İşbazlar” iş başında
Bahalaşma dalğası gəlir: “İşbazlar” iş başında17-08-2024, 08:56 |
Yüksək inflyasiya, bahalı kreditlər, logistika, işçi heyəti, qablaşdırma və xammal üçün artan xərclər Rusiyanın qida istehsalçıları tərəfindən satış qiymətlərinin növbəti dəfə kütləvi şəkildə nəzərdən keçirilməsinə səbəb olur. Rusiya mətbuatı xəbər verir ki, şirkətlər çeşidlərinin qiymətini 5-40% artırmağa hazırlaşırlar. Ən çox qənnadı məmulatları üzrə qiymət artımı olacağı bildirilir. “Slavyanka” qənnadı yağlarının 50%-ə qədər, quru süd məhsullarının 20%-ə, unun 30%-ə qədər bahalaşmasına diqqət çəkir. “Karavay” da öz məktubunda məhsullarının qiymətini 10% artırmağı planlaşdırır. Ekspertlər bildirir ki, yüksək rəqabətli pərakəndə satış bazarında qiymət artımları satışın azalmasına səbəb ola bilər. Şəbəkələr artımı bir neçə mərhələdə həyata keçirərəklər. Qeyd edək ki, Rusiya Azərbaycanın idxalında 2-ci yeri turur, ölkəmizə Rusiyadan geniş çeşiddə qida məhsulları idxal olunur. Bu bahalaşma ölkəmizə necə təsir edəcək? Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Rusiyada qiymətlətlər artacaqsa, o zaman ölkəmizdə də qiymət artımını müşahidə edə bilərik: “Ölkəmiz Rusiyadan toplu halda qida məhsulları idxal edir. Əgərləri Rusiyada qiymət artımı olacaqsa, o zaman ölkəmizdə də Rusiyadan idxal olunan məhsulların qiymətində artım proqnozlaşdıra bilərik”. Ekspert bildirib ki, Rusiyada qiymət artımına səbəb inflyasiyadır: “Ukrayna müharibəsi ilə əlaqədər olaraq Rusiyada son illərin ən böyük iqtisadi böhranı hökm sürür. Buna görə Rusiyada rubl ucuzlaşır. Rublun ucuzlaşması Rusiyada qiymət artımına səbəb olacaq. Lakin rubl mövcud dəyərini itirdiyi halda bizim milli valyutamız stabil olduğuna görə yerli iş adamları məhsulları nisbətən baha qiymətə alacaqlar. Əslində ciddi bahalaşma gözlənilməməlidir. Lakin qeyd edim ki, Rusiya və Azərbaycan arasında ticarət əlaqələrinin bir hissəsi inhisarçıların əlindədir. Bu fürsətdən istifadə edib ölkəmizdə sünü bahalaşma yaradıla bilər”. O qeyd edib ki, dövlət süni bahalaşmanın qarşısını almalıdır: “Süni bahalaşma ilə mübarizə aparılsa da, praktikada özünü doğrulda bilməyib. Bunun səbəbi bazara edilən nəzərətdə müəyyən boşluqların olmasıdır. Buna görə inhisarçılara və fürsətçilərə qarşı ciddi mübarizə aparılmalıdır. Rəqəbət Məcəlləsi mərhələli şəkildə effektivliyini göstərməlidir”. Geri qayıt |