Əsas Səhifə > Güney Press > Ermənistandan narkotiklərin təsbitində yeni və “ucuz” metod:
Ermənistandan narkotiklərin təsbitində yeni və “ucuz” metod:14-08-2024, 15:11 |
Bugünlərdə İrəvan aeroportunda Brazilya vətəndaşı 30 yaşlı Lukas Araujolima ölüb. Lukas Araujolimanın ölümünə səbəb isə Ermənistan gömrükçülərinin ona göstərdiyi fiziki-psixoloji təzyiq olub. Belə ki, erməni gömrükçüləri Lukas Araujolimanı gətirdiyi kimyəvi mayenin tərkibindən şübhələnərək bunun narkotik vasitə ola biləcəyini iddia ediblər. Braziliya vətəndaşının bunun əksini söyləməsi gömrükçüləri qəzəbləndirib. Buna görə də onlar Lukas Araujolimanı kimyəvi mayeni içməyə, onun narkotik olmadığını bu yolla sübut etməyə məcbur ediblər. Nəticədə, kimyəvi mayeni içən Braziliya vətəndaşı dünyasını dəyişib və ölümü ilə gömrükçülərin şübhələrini təsdiqləyib. Ermənistan gömrükçülərinin hava limanında narotiklərin təsbiti ilə bağlı tətbiq etdikləri bu “test” adıçəkilən ölkənin anti-insani və anti-bəşəri mahiyyətindəndən, beynəlxalq insan hüquqlarına olan laqeyd münasibətindən xəbər verir. Bu fakt onu göstərir ki, Ermənistan faktiki olaraq narkotiklərin təsbitində laboratoriya və digər texniki üsullardan imtina edib və bu sahədə dünyanın ən sadə, “ən ucuz” metodunu tətbiq etməkdədir. Belə ki, artıq Ermənistanda vətəndaşların üzərində və ya daşıdığı çantada aşkar edilən maddənin narkotik olub-olmadığını müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmirlər. Sadəcə, vətəndaşdan bunun narkotik maddə olub-olmadığını soruşurlar. Əgər vətəndaş bunun narkotik vasitə olduğunu etiraf edərsə, o zaman həbs edilərək hakim qarşısına çıxarılır. Yox əgər vətəndaş ona məxsus olan hər hansı bir maddənin narkotik olmadığını iddia edərsə, o zaman dövlət orqanlarının əməkdaşları onu həmin maddəni yemək məcburiyyəti qarşısında qoyur. Əgər həmin maddə narkotik vasitə deyilsə, vətəndaş sağ qalır. Yox əgər narkotik vasitədirsə, ölür və bununla da yetkililərin narkotik şübhəsi doğrulanır. Bu “test” üslubu insan ağlına və normal məntiqə sığmayan bir yanaşma olsa da, Ermənistan üçün sıradan reallıqlardan biridir. Hansı ki, Lukas Araujolimanın ölümü Ermənistandakı bu gerçəkliyi bütün dünyaya car çəkdi. Bu hadisə narkotik qəbulediciləri və satıcılarını da yeni həqiqətlərlə üz-üzə qoydu.Yəqin ki, bundan sonra Ermənistana narkotiklə daxil olan hər kəs üzərində elə miqdarda narkotik maddə gəzdirəcək ki, onu yemək məcburiyyətində qalsa, səhhətində ciddi problem yaranmasın. Əks təqdirdə, bu qəbildən olan hər kəs Lukas Araujolimanın aqibətini təkrarlamalı olacaq. moderator.az Geri qayıt |