Əsas Səhifə > Güney Press > Dövlət Statistika Komitəsinin şöbə müdiri vəfat edib
Dövlət Statistika Komitəsinin şöbə müdiri vəfat edib14-08-2024, 09:21 |
Dövlət Statistika Komitəsinin şöbə müdiri vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, komitənin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Paşa Yaşar Əhməd oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. Qeyd edək ki, P.Yaşa 1962-ci anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə ilə bitirib. 1984-1999-cu illərdə Dövlətstatkomda iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, idarə rəisinin müavini vəzifələrində işləyib. 1999-cu ildən Dövlətstatkomun Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildən isə Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri idi. Geri qayıt |