Əsas Səhifə > Güney Press > "İranla İsrail arasındakı gərginliyi Yaxın Şərqdən
"İranla İsrail arasındakı gərginliyi Yaxın Şərqdən13-08-2024, 17:00 |
Son zamanlar İran İsrail münasibətlərində gərginliyin pik həddə çatması müşahidə edilir. HƏMAS rəhbəri Haniyənin İrandan öldürülməsindən sonra daha da güclənən bu vəziyyətin ətraf ölkələrə, o cümlədən Azərbaycana sıçrayacağı istisna edilmir. Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mövcud şəraitdə həm İranda, həm də İsraildə iki ölkə arasındakı gərginliyə Azərbaycanı bir şəkildə qatmaq istəyən qruplar var. “Məsələn; İranda İsrail ilə bir gərginliyi olanda bunu çevirib Azərbaycan İsrail münasibətləri üzərindən şərh etməyə çalışan və ya İsrailə müəyyən cavabları Azərbaycan üzərindən vermək iddiasında olan müxtəlif radikal qruplar var. Dövlətin içərisində müxtəlif qruplar, strukturlar var. Eyni zamanda da, İsraildə də müəyyən qruplar var ki, proseslərdə Azərbaycanı da İsrail ilə İran gərginliyinə qatmaq niyyətləri var. Bəzən bu xəbər informasiya şəklində qarşımıza çıxır. Hansısa bir xəbərdə bununla bağlı informasiyalar çıxır. Məsələn elə ən son günlərdə İsrail qəzetində Pezeşkianın güya Həniyə sui-qəsdi ilə Azərbaycanı prosesə qatmaq, ona yönəlik nəsə addımların atılması ilə bağlı xəbərlər, iddialar paylaşıldı. Digər tərəfdən İranda da zaman-zaman müəyyən siyasətçilər müəyyən millət vəkilləri çıxıb, Azərbaycan-İsrail münasibətləri üzərindən Azərbaycana təhdidlər etməyə çalışırlar. Bu mənada hər iki tərəfdə o cür niyyətdə olan insanlar var”-deyən şərhçi qeyd edib ki, Azərbaycan bu proseslərdə daha balanslı rol oynamağa çalışır. Belə ki, Azərbaycan həm İsrail ilə münasibətləri normal səviyyədə tutmağa çalışır, həm də, Fələstin məsələsində Azərbaycanın öz xüsusi mövqeyi var. “İki dövlətlə bağlı beynəlxalq aranedakı, beynəlxalq hüquqda obyektləşmiş millətlərin qərarına uyğun olan bir həll yolunu ortaya qoyur. Eyni zamanda Qəzza probleminin də dialoq yolu ilə həll olunması, savaşın dayandırılması istiqamətində mövqeyini ortaya qoyur”-Nazim Cəfərsoy hesab edir ki, hazırda Azərbaycanla İran arasında gərginlik də müəyyən mənada aşılmış görünür. Azərbaycan artıq səfirliyini təkrar açdı, İran Azərbaycanın o istiqamətdə tələblərini qəbul etdi. Burada bir normallaşma prosesi gedir. Bu günlərdə bu risk azalıb. Şərhçinin fikrincə, bölgə və İran-İsrail münasibətləri o qədər gərgindir ki, davamlı olaraq “nə vaxt İran İsraili vuracaq” və ya “aralarında bir müharibə nə vaxt başlayacaq?” bununla bağlı xəbərlər beynəlxalq və regional mətbuat gündəmindən düşmür. Nazim Cəfərsoy hesab edir ki, belə risklər hər zaman var. “Azərbaycan indiyə qədər Gürcüstandakı gərginliklərdə, Ukraynadakı gərginliklərdə, Qəzzadakı gərginliklərdə prosesləri rasional, ağıllıca və balanslı şəkildə aparmağı bacarır. Bu çərçivədə İranla İsrail arasındakı nəzarətdən çıxmış bir gərginliyin Azərbaycana sirayət etməyəcəyinə ümid edirik”-deyə politoloq əlavə edib. Geri qayıt |