Əsas Səhifə > Güney Press > Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur

Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur


13-08-2024, 15:23
Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur
Bakı Şəhər İcra Hakimiyyətinin 5 ildir ki, həyata keçirdiyi bərk məişət
tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam
etdirilir. Artıq paytaxtın Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı,
Suraxanı və Səbail rayonlarında icra olunan layihəyə avqustun 20-dən Binəqədi
rayonunun da qoşulması qərara alınıb.
Qeyd edilməlidir ki, son vaxtlarda Binəqədi rayonunda abadlıq və təmizliklə
bağlı həyata keçirilən müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilir və bu
baxımdan layihənin Binəqədi rayonunda icrası problemlərin aradan qaldırılması
istiqamətində atılan daha bir addımdır.
Layihəyə yeni qoşulacaq Binəqədi rayonunda hazırlıq işləri çərçivəsində ilk
növbədə 656 konteyner meydançası yaradılıb. İlkin mərhələdə meydançalara
1655-i yaşıl və 563-ü narıncı rəngdə olmaqla, ümumilikdə 2218 müasir tipli yeni
konteynerlər yerləşdirilir, əraziyə cavabdeh şəxslər təyin olunur.
Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində
Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə
və təsərrüfat xidmətlərinin işçiləri və gənclərin iştirakı ilə rayonun qəsəbələrində,
məhəllə və həyətlərində görüşlər keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti və
“Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq
Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə
yaxından dəstək verir.
Maarifləndirmə tədbirləri çərçivəsində vətəndaşlara layihənin məqsədi izah
edilir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, məlumatlandırıcı bukletlər
paylanılır, məhəllələrdə və binaların bloklarında posterlər yapışdırılır.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən
ayırılmış vəsait hesabınaBakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün
müasir tələblərə tam cavab verən 104 ədəd yeni avtonəqliyyat vasitəsi və
mexanizmləri alınaraq istifadəyə verilib və bu yaxınlarda daha 40 maşın
gətiriləcəkdir.
Bu layihənin uğurla icrası son illərdə kommunal sahədə həyata keçirilən
tədbirlər nəticəsində abad şəhərə çevrilən paytaxtımızın daha təmiz
saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji
mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət
edir.

Dia-az.İnfo

Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur
Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur
Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur
Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur

Geri qayıt