Əsas Səhifə > Güney Press > Ermənistanda keçmiş nazirin ölkədən çıxışına icazə verilməyib
Ermənistanda keçmiş nazirin ölkədən çıxışına icazə verilməyib8-08-2024, 16:11 |
Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın ölkədən çıxışına icazə verilməyib. APA xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb. Bildirilib ki, oğlu ilə birlikdə ABŞ-yə getmək istəyən eks-nazir hava limanından geri qaytarılıb. Buna səbəb kimi məhkəmənin onun Ermənistanı tərk etməsinə qoyduğu qadağa göstərilib. Qeyd edək ki, fevralın 14-də işdən çıxarılan V. Kerobyan dövlət tenderinin keçirilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Geri qayıt |