Əsas Səhifə > Güney Press > “Həbsdən çıxan lider seçkilərin nəticələrinə çox təsir göstərə bilər...”

“Həbsdən çıxan lider seçkilərin nəticələrinə çox təsir göstərə bilər...”


8-08-2024, 12:23
“Həbsdən çıxan lider seçkilərin nəticələrinə çox təsir göstərə bilər...”
Rusiya hərbşiləri artıq Ermənistanın Zvartnots hava limanından da çıxdı... Belə fikirlər var ki, Kremlin Qafqazdakı varlığı payızda Ermənistanda baş verəcək proseslərlə yanaşı, oktyabrın sonunda Gürcüstanda keçiriləcək parlament seçkilərindən də xeyli asılıdır... Görəsən, bu fikir nə dərəcədə gerçəyə uyğundur?..

Azərbaycan Milli İstiqlal partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Təbii ki, hələ istər Ermənistandakı proseslərin, istərsə də Gürcüstandakı seçkilərin nə ilə nəticələnəcəyini söyləmək çətindir. Ancaq bütün hallarda Rusiyanın Güney Qafqazdakı mövqeləri zəifləyib və Kreml Azərbaycandan asılı vəziyyətə düşüb. Biz bunu dəyərləndirməliyik. Və Azərbaycan üçün mümkün qədər çox divident qazandırmalıyıq. Əsas odur ki, Rusiya hərbi birləşmələri Azərbaycan ərazisindən çıxıb. Və onların qayıtmaq ehtimalı çox aşağıdır və demək olar ki, yoxdur. Belə bir vəziyyətdə isə biz Rusiyanın ABŞ və Fransa ilə nüfuz davasından yalnız qazana bilərik...

Konkret Gürcüstandakı parlament seçkilərinə gəldikdə, ola bilsin ki, seçkilərə az qalmış prezident Salome Zurabişvili həbsdə olan eks-prezident Mixail Saakaşvilini əfv etsin. Artıq bu günlərdə belə informasiyalar dolaşmaqdadır. Və belə olan halda müxalif qüvvələrin imkanları çox genişlənəcək. Çünki hazırda Gürcüstandakı demokratik qüvvələrin ümumi bir liderə ehtiyacı var. Xüsusən də həbsdən çıxan lider seçkilərin nəticələrinə çox təsir göstərə bilər...”

Geri qayıt