Əsas Səhifə > Güney Press > Sosioloqdan qalmaqallı açıqlama:

Sosioloqdan qalmaqallı açıqlama:


5-08-2024, 15:54
Sosioloqdan qalmaqallı açıqlama:
Çin hökuməti evlilik və doğum nisbətinin azalması problemini aradan qaldırmaq üçün maraqlı bir üsula əl atıb. Məsələnin həlli üçün universitetlərdə “evlilik” fakültəsi açmağ qərar verilib. Burada məqsəd nikahla əlaqəli sənaye və mədəniyyəti inkişaf etdirmək üçün peşəkarlar yetişdirməkdir. Gənclərin evlənməkdən çəkinmələrinin səbəbi isə Çin iqtisadiyyatının durğunluğuna görə iş imkanlarının pisləşməsi və istehlakçı inamının azalmasıdır.
Azərbaycanda da gənclər arasında evlilik yaşı artıb. Gənclər ailə qurmağa maraq göstərmirlər.
Bəs bizim ölkədə bununla bağlı hansı addımlar atıla bilər?

Bakupost.az-ın sualını sosioloq Elçin Bayramlı cavablandırıb.
Onun sözlərinə görə, dünyanın bütün ölkələri öz əhalisinin artımına çalışır:
“Ailələri, evliliyi təbliğ edir, gənclərlə bağlı stimullaşdırıcı tədbirlər həyata keçirirlər”.
Ekspert təəssüflə biz əks vəziyyətin hökm sürdüyünü deyib:
“Azərbaycan ailə institutu məhv edilir. Boşanmalar üzrə dünyada öndəyik. Gecə-gündüz bizim mediamız, televiziyamız, psixoloq və ziyalılarımız gec evlənməyi təbliğ edir, gənclərin beynini pozmaqla məşğuldurlar. Təcrübə göstərir ki, gec yaşda ailə quranda çox sayda problemlər olur və ailə institutuna zərbə dəyir”.
Sosioloq insanın evlənmə yaşının 16-20 arasında olduğunu deyib:
“Yəni təbiət bu yaşda insana ata-ana olmaq imkanı verib. Bu, elmi cəhətdən təsdiqlənmiş faktdır. Orqanizmin bioloji strukturu, funksiyası belədir. Bunun ziddinə getmək isə çox ağır nəticələr gətirib çıxarır”.
E.Bayramlının sözlərinə görə, indiki dövrdə "erkən nikahla mübarizə" adı altında arxasında xain məqsədlər dayanan bir təbliğat aparılır ki, gənclər mümkün qədər gec evlənsin:
“Bununla da ailə institutu dağılır. Çünki hər şeyin öz vaxtı var. Dövlət bunu sosial-iqtisadi cəhətdən stimullaşdırmalıdır. Məsələn, ailələrin qurumlasına dəstək olmalıdır. Bu gün ailələrin qurulmasında əsas problemlərdən biri də gənclərin işsiz olması, işləyəndə də minumum əmək haqqı almasıdır. O da yalnız özünü saxlamağa çatır. Evsiz olmaq da evlənməyə mane olur. Bu kimi problemlər gənclərin evliliyini təxirə salmasına səbəb olur. Çünki az əmək haqqı ilə ailə saxlamaq mümkün deyil. Ona görə də biruşaqlı ailə modelinə keçmişik və bu da mənfi haldır. Ailələrdə minimal uşaq sayı üç olmalıdır”.
E.Bayramlı bu problemlərin qarşısını almaq üçün müxtəlif ölkələrdə stimullaşdırıcı tədbirlər görüldüyünü bildirib:
“Uzun müddət evli qalanlara Rusiyada mükafat verilir, əlavə güzəştlər tətbiq olunur. Bir çox ölkələrdə evlənənlərə dövlət yüksək məbləğdə yardımlar edir, onların ev almasına imkan yaradır, uşaqpulu verir”.

Geri qayıt