Əsas Səhifə > Güney Press > “Azərbaycan Ordusunun yeganə missiyası Naxçıvandan İrəvan istiqamətində hücuma keçməkdir”

“Azərbaycan Ordusunun yeganə missiyası Naxçıvandan İrəvan istiqamətində hücuma keçməkdir”


5-08-2024, 14:43
“Azərbaycan Ordusunun yeganə missiyası Naxçıvandan İrəvan istiqamətində hücuma keçməkdir”
Rusiya sərhədçiləri təkcə Zvartnotsdan deyil, Yerasxavan ərazisindən də çıxarılıb.

Rus sərhədçilərinin Paruyr-Sevak kəndindəki bazası da ləğv edilib.

Bu, azərbaycanlıların ən azı Kərki (Tiqranaşen) və Arazdəyən (Yerasx) istiqamətində ehtiyatlı davranmalarına və hərbi əməliyyat keçirməmələrinə yeganə təminat idi.

KONKRET.az hraparak.am saytına istinadən xəbər verir ki, bunu erməni politoloq Edqar Qazaryan deyib.

“Belə çıxır ki, Rusiya sərhədçilərinin bazası bu ərazidən çıxarılarsa, Kərki və Arazdəyən artıq Azərbaycana verilməyəcək. Ancaq dolayısı yolla insanlara xəbərdarlıq edirlər ki, Arazdəyənin yaxınlığında yerləşən Naxçıvanda Azərbaycan Ordusunun tank birləşmələri var. Və onların yeganə döyüş missiyası İrəvan istiqamətində hücuma keçməkdir”, deyə o, qeyd edib.

Geri qayıt