Əsas Səhifə > Güney Press > Qusarda 1 şagirdi olan məktəb bağlandı

Qusarda 1 şagirdi olan məktəb bağlandı


5-08-2024, 14:42
Qusarda 1 şagirdi olan məktəb bağlandı
Qusar rayonunun Çətkün kənd ibtidai məktəbi 2024-2025-ci tədris ilindən etibarən ləğv olunacaq.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Qusar təhsil sektorundan məlumat verilib.

Məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı mayın 16-da əmr imzalayıb.

Belə ki, Çətkün məktəbinin bir şagirdi ötən dərs ilində Çiləgir kənd məktəbinə yerdəyişmə etdiyindən ibtidai təhsil müəssisəsi öz fəaliyyətini keçən ildən dayandırmışdı. Məktəbin bir müəllimi isə Qusar şəhərindəki 1 saylı tam orta məktəbə təyinat alıb.

Geri qayıt