Əsas Səhifə > Güney Press > ƏHD Partiyasının 11 namizədi qeydə alınıb
ƏHD Partiyasının 11 namizədi qeydə alınıb5-08-2024, 14:37 |
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin, partiya sədrinin müavinləri Elçin Mirzəbəyli, Niyaməddin Orduxanlı və Əli Həziquliyevin, Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Mahir Zeynalovun, partiyanın idarə heyətinin üzvləri Faiq İsmayılov, Əli İbrahimov, Azər Qasımov, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Akif Bayramov, Xaçmaz rayon təşkilatını sədri Zöhrab Məmmədovun, partiyanın gənclərlə iş şöbəsinin müdiri Günel Məmmədovanın deputatlığa namizədliyi qeydə alınıb. "Sherg.az"ın xəbərinə görə, bu barədə partiyanın baş katibi Yaşar Kələntərli məlumat verib. Yaşar Kələntərli partiyadan 11 nəfərin namizədliyinin qeydə alındığını diqqətə çatdırıb: "Partiya 11 namizədlə parlament seçkilərində iştirak edəcək”. Geri qayıt |