Əsas Səhifə > Güney Press > İcra başçısı Şəhid anasının yas mərasimində

İcra başçısı Şəhid anasının yas mərasimində


5-08-2024, 14:34
İcra başçısı Şəhid anasının yas mərasimində
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Sarov kəndində
Birinci Qarabağ müharibəsi şəhidi Hacıyev Eldəniz Fərrux oğlunun anası Hacıyeva Ayaz
Qara qızının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, şəhid Hacıyev Eldəniz Fərrux oğlu 1973-cü il aprel ayının 13-də Tərtər
rayonunun Sarov kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb.
Orta təhsilini başa vurduqdan sonra bir müddət "Azərbaycan" kolxozunda sıravi kolxozçu
işləmiş və 1991-ci ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə
çağırılmışdır. SSRİ dağıldıqdan sonra hərbi xidmətdən yarımçıq qayıdaraq "Tərtər
özünümüdafiə batalyonu”nda xidmətini davam etdirib. Bu batalyonun tərkibində Ağdərə
bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci ilin oktyabr
ayının 18-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Subay idi. Sarov kənd qəbiristanlığında dəfn edilib.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Dia-az.İnfo

İcra başçısı Şəhid anasının yas mərasimində
İcra başçısı Şəhid anasının yas mərasimində
İcra başçısı Şəhid anasının yas mərasimində
İcra başçısı Şəhid anasının yas mərasimində

Geri qayıt