Əsas Səhifə > Güney Press > Azərbaycanlılar turist kimi ən çox bu ölkələrə gedirlər
Azərbaycanlılar turist kimi ən çox bu ölkələrə gedirlər5-08-2024, 13:06 |
Bu ilin ilk yarısında turist kimi xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 614 min 629 nəfər olub. Yeniavaz.com xəbər verir ki, turizm məqəsdi ilə xaricə gedən Azərbaycan vətəndaşlarının 241 min 314 nəfərinin məqəsdi istirahət və əyləncə olub. İşgüzar məqsədlə xaricə gedənlərin sayı 158 min 84 nəfər, qohumlara, dostlara baş çəkəmək üçün gedənlərin sayı 153 min 793 nəfər, dini ziyarətə gedənlərin sayı 14 min 416 nəfər, mağazalara baş çəkməyə gedənlərin sayı 21 min 628 nəfər, müalicəyə gedənlərin sayı isə 17 min 171 nəfər olub. Qeyd edək ki, Azərbaycan vətəndaşları istirahət və əyləncə üçün ən çox aşağdakı ölkələrə gediblər: Türkiyə – 76 469 nəfər Rusiya – 57 732 nəfər Birləşmiş Ərəb Əmirlikləri – 30 780 nəfər Gürcüstan – 26 920 nəfər Qazaxıstan – 9 164 nəfər Dini ziyarət üçün ən çox aşağdakı ölkələrə gediblər: Səudiyyə Ərəbistanı – 7 225 nəfər Türkiyə – 3 047 nəfər Rusiya – 1 720 nəfər Birləşmiş Ərəb Əmirlikləri – 1 523 nəfər İran – 313 nəfər Müalicə üçün ən çox aşağdakı ölkələrə gediblər: Türkiyə – 9 640 nəfər Rusiya – 5 308 nəfər Gürcüstan – 1 535 nəfər Almaniya – 321 nəfər İran – 148 nəfər Mağazalara baş çəkmək üçün isə ən çox aşağdakı ölkələrə gediblər: Türkiyə – 12 106 nəfər Rusiya – 6 916 nəfər Gürcüstan – 1 535 nəfər Birləşmiş Ərəb Əmirlikləri – 692 nəfər Səudiyyə Ərəbistanı – 97 nəfər Geri qayıt |