Əsas Səhifə > Güney Press > İrəvanda “Kök Rüstəm” kriminal avtoritetin qətlini niyə sifariş edib?

İrəvanda “Kök Rüstəm” kriminal avtoritetin qətlini niyə sifariş edib?


5-08-2024, 13:04
İrəvanda “Kök Rüstəm” kriminal avtoritetin qətlini niyə sifariş edib?
Ermənistanda “Faz” ləqəbli kriminal avtoritet Sergey Qriqoryanın qətlini sifariş edənlər həbs edilib, cinayətkarlar axtarışa verilib.

KONKRET.az Sputnik agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

İdarənin məlumatına görə, qətli Rüstəm Stepanyan (“Kök Rüstəm”) və adı açıqlanmayan digər şəxs təşkil edib. Hər ikisi həbs edilib.

Qətlin icraçılarının kimliyi də müəyyən edilib: bunlar Arutyun Saakyan və Suren Qriqoryandır.

Hər ikisi Ermənistanı tərk edə bilib və beynəlxalq axtarışa verilib.

İstintaq Komitəsi daha əvvəl bildirmişdi ki, Qriqoryanla Stepanyan arasında dava qadın üstündə başlayıb və bir neçə il davam edib.

Qətl iyunun 11-nə keçən gecə İrəvanın Ajapnyak rayonunda baş verib.

Polis paltarı geyinmiş qatillər rasiyadan, durbindən, benzin qutularından və pulemyotlardan istifadə ediblər.

Onlar Qriqoryanı “Toyota Land Cruiser” markalı avtomobilində olarkən güllələyib, daha sonra formalarını çıxarıb və yol boyu silahlarını ataraq qaçıblar. Bir neçə saatdan sonra Saakyan və Qriqoryan sərhədi keçərək Rusiyaya gediblər.

Geri qayıt